Azərbaycana qarşı xaricdən təhdidlər var - Əli Əhmədov

12:24 18.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycana qarşı xaricdən təhdidlər var. 

Hafta.az xəbər verir ki, bu haqda Milli Məclis sədrinin I müavini Əli Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Ə.Əhmədovun sözlərinə görə, ölkəmizə qarşı belə təhdidlərin olması Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir: 

"Azərbaycan xalqı bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Kimlərinsə xoşuna gəlməsindən asılı olmayaraq, sülh siyasətini həyata keçirməkdə davam edir”.